"Neftçi" "Zirə" ilə qarşılaşacaq

"Neftçi" "Zirə" ilə qarşılaşacaq
Futbol
18 İyul 2017 - 08:19
Supersport.Az-ın məlumatına görə, "Neftçi"nin Bakı toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı daha bir rəqibi məlum olub.

Elxan Abdullayevin komandası iyulun 21-də Avroliqa təmsilçimiz "Zirə” ilə qarşılaşacaq. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında keçiriləcək görüş saat 18:00-da başlanacaq.

"Zirə" bundan bir gün öncə, iyulun 20-də "Astra" ilə Bakıda cavab oyununa çıxacaq.

Xatırladaq ki, "Neftçi" iyulun 19-da "Şüvəlan”la yoxlama oyununda gücünü sınayacaq.

Digər xəbərlər