Türk futbolçu "canavar" oldu - Foto

Türk futbolçu "canavar" oldu - Foto
Futbol, Foto
16 İyul 2017 - 13:47
"Roma" heyətini yeni futbolçu ilə gücləndirib.

Supersport.Az xəbər verir ki, "canavarlar" Türkiyənin "Başakşəhər" klubundan Cengiz Ünderi transfer edib. 20 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. "Roma" bu transfer üçün İstanbul təmsilçisinə 13,4 milyon avro ödəyəcək.

Qeyd edək ki, Cengiz Ünder "Başakşəhər"ə ötən mövsümün əvvəlində "Altınordu"dan 700 min avroya transfer olmuşdu. O, "narıncı-göylər"in heyətində meydana çıxdığı 43 rəsmi oyunda 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər