Rəsul Çunayev dünya reytinqində ilk pillədə

Rəsul Çunayev dünya reytinqində ilk pillədə
Digər, Güləş
15 İyul 2017 - 11:35
Supersport.Az-ın məlumatına görə, milli komandamızın aparıcı yunan-Roma güləşçisi Rəsul Çunayev dünya reytinqində birincidir.

UWW-un açıqladığı yeni siyahıda 71 kq çəkidə pəhləvan ilk pillədə qərarlaşıb.

Dünya və Avropa çempionu Rəsul Çunayev, apreldə Bolqarıstanda keçirilən "Dan Kolov" və "Nikola Petrov" Kubokunda qalib olub.

Dünya Güləş Birliyi onun bu nəticəsini xallarına əlavə edib. Bununla Rio-2016-nın bürünc medalçısı öz çəkisində ilk yerə yüksəlib.

Avropa çempionatını buraxan R.Çunayev, İslamiadada üçüncü olmuşdu.

Digər xəbərlər