Cüdomuzun uğuru: beynəlxalq dərəcəli hakimlərin sayı artdı

Cüdomuzun uğuru: beynəlxalq dərəcəli hakimlərin sayı artdı
Digər, Cüdo
09 İyul 2017 - 23:02
Polşanın Qdansk şəhərində gənclərin Avropa Kuboku yarışı zamanı Beynəlxalq Cüdo Federasiyasının beynəlxalq dərəcəli hakimlik üçün imtahanı keçirilib.

İmtahanda Azərbaycan Cüdo Federasiyasının respublika dərəcəli hakimi Nazim Umbayev də iştirak edib. Sınaqdan uğurla keçən Umbayev beynəlxalq dərəcəli hakim adını qazanıb.

Bununla da, hazırda fəaliyyət göstərən beynəlxalq dərəcəli hakimlərimizin sayı 6-ya çatıb.

Xüsusiylə qeyd etmək istərdik ki, beynəlxalq dərəcəli hakimlərmizdən üçü – Mətin Rəhimli, Arzu Acalova və Nazim Umbayev federasiyamızın son 2 ildəki səmərəli fəaliyyəti nəticəsində bu dərəcəyə sahib olublar.

Digər xəbərlər