Dünya çempionlarımız erməniləri hədələdi: "Bu qan yerdə qalmayacaq, qisas alacağıq"

Dünya çempionlarımız erməniləri hədələdi: "Bu qan yerdə qalmayacaq, qisas alacağıq"
Digər
06 İyul 2017 - 01:33
Azərbaycan idmanının canlı əfsanələri, 5 qat dünya çempionu Rafael Ağayev və məşhur kikboksçu Zabit Səmədov ermənilərin 18 aylıq Zəhra Quliyevanı qətlə yetirməsinə sərt reaksiya veriblər.

Hər iki idmançı, bu qanın yerdə qalmayacağını bəyan ediblər.

Supersport.Az-ın məlumatına görə, R.Ağayev və Z.Səmədov bu barədə "İnstagram" səhifələrində yazıblar.

"18 aylıq Zəhranın qanı yerdə qalmasın! Ali Baş Komandanımızın əmri ilə şəxsən döyüşə gedib qisas almağa hazıram!", - deyə Zabit Səmədov bildirib.

Rafael Ağayev də "bu qan yerdə qalmayacaq!" deyib:

"Zəhranın qanı yerdə qalmayacaq! Ali Baş Komandan əmr verərsə şəxsən döyüşə getməyə hazıram!".

Digər xəbərlər