"Yay Futbol Düşərgəsi" layihəsi başa çatıb - Şəkillər

"Yay Futbol Düşərgəsi" layihəsi başa çatıb - Şəkillər
Futbol, Foto
03 İyul 2017 - 11:11


"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi və "Azərikimya" İstehsalat Birliyinin dəstəyi, "Sumqayıt ın təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün təşkil edilmiş "Yay Futbol Düşərgəsi" layihəsi başa çatıb.

Supersport.Az xəbər verir ki, layihəni keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, məktəblilərin yaxşı təhsil olmalarına stimul yaratmaq, futbolsevərlər arasında bu idman növünün təbliği və futbolun kütləviliyinin artırmaqdı.

19 iyun tarixində start götürən layihə 9 gün müddətində 3 qrup üzrə davam edib. Layihənin son günündə bütün iştirakçılar mükafatlandırılıb. Layihənin yekunu ilə əlaqədar olaraq, bütün iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri, sponsorların ayırdığı xüsusi hədiyyələr və diplomlar təqdim edilib

"Kapital Bank Arena"nın konfrans zalında baş tutan mərasimdə "Sumqayıt" FK-nın prezidenti Kamran Quliyev, Müşahidə Şurasının sədri Abdulla Məmmədov, futbol veteranları - Telman Salahov, Sabir Əliyev, sponsorlardan nümayəndələr, “Sumqayıt”ın futbolçu və məşqçi heyəti və başqaları iştirak edib. .

Ümumilikdə, 48 məktəbdən 100-dən artıq məktəblinin qatıldığı bu layihə 2014-cü ildən "Kapital Bank" və "Paşa Həyat Sığorta"nın sponsorluğu ilə keçirilir və bu müddət ərzində 300-dən çox məktəbli bu seminarın iştirakçısı olub.


Digər xəbərlər