"Qarabağ"ın 3 zədəli futbolçusundan yeni xəbər

"Qarabağ"ın 3 zədəli futbolçusundan yeni xəbər
Futbol
01 İyul 2017 - 00:07
Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" "Dinamo"yla (Moskva, Rusiya) yoxlama matçından sonra bir günlük istirahət verilmişdi. Komanda artıq məşqləri bərpa edib.

Günün ilk çalışması fitnes zalında baş tutub və yerli vaxtla saat 11:00-da (Bakı vaxtıyla 13:00) başlayıb.

Yerli vaxtla saat 19:00-da start götürən günün ikinci məşqi meydanda keçirilib və təxminən 90 dəqiqə davam edib. Futbolçular topla çalışmalara üstünlük verib.

"Dinamo"yla yoxlama matçında zədələnərək meydanı yarımçıq tərk edən hücumçu Dino Ndlovu isə yüngül məşqlərə başlayıb. Daha iki futbolçu Dani Kintana və Riçard Almeyda isə fizioterapivt nəzarəti altında çalışmalarını davam etdirib.

Digər xəbərlər