"Qarabağ"ın hazırlığından maraqlı video

"Qarabağ"ın hazırlığından maraqlı video
Futbol, Video
27 İyun 2017 - 11:25
Supersport.Az-ın məlumatına görə, Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" hazırlığın onuncu gününü iki məşqlə başa vurub.

Günün ilk məşqi yerli vaxtla saat 11:00-da (Bakı vaxtıyla 13:00) start götürüb. Meydançada baş tutan məşqdə futbolçular toplu çalışmalara üstünlük verib.

Günün ikinci çalışması isə yerli vaxtla axşam saat 19:00-da başlayıb və təxminən 90 dəqiqə davam edib. İsinmə hərəkətlərin ardından futbolçular bir neçə komandaya bölünüb və ikitərəfli oyunlar keçirib. Sonda İbrahim Şehiç, Əfran İsmayılov, Elvin Yunuszadə, Abbas Hüseynov, Rahid Əmirquliyev, Ağabala Ramazanov və Dino Ndlovunun çıxış etdiyi komanda günün qalibi olub.

Bu video "Qarabağ"ın sosial şəbəkədəki videosundan götürülüb.


 

Digər xəbərlər