Balotelli yeni müqavilə imzaladı

Balotelli yeni müqavilə imzaladı
Futbol
26 İyun 2017 - 11:41
Mario Balotellinin gələcək karyerasına aydınlıq gəlib.

Supersport.Az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, İtaliya millisinin sabiq üzvü son mövsümdə çıxış etdiyi “Nitsa”da qalacaq.

Belə ki, Mario Fransa təmsilçisi ilə yeni 1 illik sözləşmə imzalayıb. Halbuki Balotellinin daha əvvəl Dortmund “Borusssiya”sı ilə anlaşdığı barədə xəbərlər yayılmışdı.

Xatırladaq ki, 26 yaşlı forvard son mövsümdə Fransa çempionatında 23 oyunda 15 qol vurub.

Digər xəbərlər