Ulduz futbolçunun qazancı 9 dəfə artırıldı

Ulduz futbolçunun qazancı 9 dəfə artırıldı
Futbol
25 İyun 2017 - 18:30
Dünya futbolunun yeni ulduzu Kilian Mbappe adından söz etdirməyə davam edir.
Oyunu ilə diqqət çəkən fransız futbolçu, indi də həftəlik qazancıyla gündəmə gəlib.
Supersport.Az-ın məlumatına görə, həftədə 18 min avro alan "Monako"nun əsas silahı yeni mövsüm 162 min alacaq.
Ötən sezon 46 oyunda 28 qol vurub, 8 effektli ötürmə verən 18 yaşlı ulduz hücumçu Fransa yığmasına dəvət olunub.
"Monako", futbolçuyla bağlı "Real Madrid" və "Arsenal"ın təklifinə mənfi cavab verib.

Digər xəbərlər