"Zirə" müdafiəçi transfer etdi

"Zirə" müdafiəçi transfer etdi
Futbol
25 İyun 2017 - 16:58
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarına hazırlaşan "Zirə" daha bir futbolçu ilə güclənib. Rumıniyalı Qabriel Matey "qartallar"ın sıralarına qoşulub. Müdafiəçi ilə "1+1" il şərti ilə müqavilə imzalanıb.
Qabriel Matey ölkəsində "İnternasional", "Panduri", "Styaua", "Akademika" və "Tarqu Mureş" kimi klublarda forma geyib. Son mövsüm isə müdafiəçi Polşanın "Qurnik" klubunda çıxış edib. Matey həmçinin, Rumıniyanın U-21 milli komandasının da şərəfini qoruyub.

Digər xəbərlər