Azərbaycan boksçusu Kamran Şahsuvarlı Ukraynanın Xarkov şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
75 kq çəki dərəcəsində mübarizə aparan həmvətənimiz yarımfinalda macarıstanlı Adam Xarçanı məğlub edib – 4:1.
Milli komandamızın üzvü bu gün finalda ukraynalı Aleksandr Xijnyakla qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan Avropa çempionatında 10 boksçu ilə təmsil olsunsa da, onlardan yalnız biri mükafatçılar sırasına düşə bilib.