Muarem özünə klub tapdı

Muarem özünə klub tapdı
Futbol
24 İyun 2017 - 11:55
Supersport.Az-ın məlumatına görə, yay fasiləsində "Qarabağ"dan ayrılan Muarem Muaremin yeni komandası məlum olub.

28 yaşlı makedoniyalı yarımmüdafiəçi Türkiyənin I divizionunda çıxış edəcək "Adanaspor"la razılıq əldə edib. Bu haqda "Ajansspor" məlumat yayıb. Adana klubunun heyətində daha bir sabiq "Qarabağ"lı Reynaldo da çıxış edir.

Qeyd edək ki, klubun idman direktoru azərbaycanlı Asim İbrahimovdur.

Muarem vaxtilə Türkiyənin "Orduspor" və "Eskişehirspor" komandalarının da formasını geyinib.

Digər xəbərlər