ATF-nın vitse-prezidenti Nağı Səfərov yenidən seçildi

ATF-nın vitse-prezidenti Nağı Səfərov yenidən seçildi
Digər, Taekvondo
24 İyun 2017 - 11:15
Cənubi Koreyanın Muju şəhərində Dünya Taekvondo Federasiyasın növbəti Baş Assambleyası keçirilib.

Supersport.Az-ın məlumatına görə, iclasda ötən dörd il ərzində müxtəlif ölkələrdə təşkil edilən yarışlar, tətbiq edilən yeni qaydalar və qarşıdan gələn yarışların hansı ölkələrdə keçirilməsi müzakirə mövzusu olub.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin də iştirak etdiyi toplantıda daha sonra qurumun müvafiq komitələrinə seçkilər keçirilib. Belə ki, 2005-ci ildən quruma rəhbərlik edən və bu vəzifəyə yeganə namizəd Çunq Von Ço yenidən DTF-nın prezident seçilib. Seçki qaydalarına bir sıra dəyişikliklər edildiyinə görə Kontinental Taekvondo Birliklərinin seçilmiş prezidentləri birbaşa olaraq, DTF-nın vitse-prezidenti postunda yer alırlar. Digər iki vitse-prezident isə DTF-nın prezidenti tərəfindən yaxın günlərdə təyin ediləcək.

ATF-nın vitse-prezidenti Nağı Səfərova növbəti dəfə etimad göstərilib. N.Səfərov yenidən Avropa Taekvondo Birliyi (ATB) İcrayyə Komitəsinə üzv seçilib. Seçkilər növbəti 4 il ərzində qüvvədə qalacaq.

Digər xəbərlər