"Qarabağ" "Şaxtyor"un qolkiperini gətirdi

"Qarabağ" "Şaxtyor"un qolkiperini gətirdi
Futbol
24 İyun 2017 - 10:57
2017/18-ci illər mövsümü üçün heyətini gücləndirməyi davam etdirən "Qarabağ" ilk əcnəbi transferini reallaşdırıb.

Beşqat ölkə çempionu ukraynalı qapıçı Anton Kanibolotski ilə 2 illik müqavilə imzalayıb.

Qolkiper artıq komandanın Avstriyada davam edən təlim-məşq toplanışına qoşulub. Peşəkar karyerasına Ukraynanın "Dnepr" klubunda başlayan qapıçı daha sonra ölkəsinin digər klubu "Krivbass"a transfer olub. 2012-ci ildə Donetsk təmsilçisi "Şaxtyor"a keçən 29 yaşlı çərçivə qoruyucusu geridə qalan mövsümün sonuna kimi bu komandada forma geyinib.

Kanibolotski vaxtıyla Ukraynanın 21 yaşlılardan ibarət yığma komandasına da dəvət alıb.

 

Digər xəbərlər