Messi həbs olunmayacaq, cərimələndi

Messi həbs olunmayacaq, cərimələndi
Futbol
24 İyun 2017 - 00:54
Supersport.Az-ın məlumatına görə, vergidən yayınmaqda ittiham olunan "Barselona"nın argentinalı futbolçusu Lionel Messinin məhkəməsi başa çatıb.

Ulduz oyunçu həbs olunmayacaq. 21 aylıq azadlıqdan mərhumetmə cəzası 252 min avro cərimə ilə əvəz olunub.

15 ay həbs cəzası alan futbolçunun meneceri, atası Xorxge Horasio 180 min avro cərimələnib.

4,1 milyon avronu vergidən yayınmaqda günahlandırılan Messi daha əvvəl 2 milyon, atası 1,3 milyon avro cərimələnmişdi.

Digər xəbərlər