"Qarabağ" bolqar klubuyla qarşılaşacaq

"Qarabağ" bolqar klubuyla qarşılaşacaq
Futbol
23 İyun 2017 - 20:12




Avstriyada yeni mövsüm hazırlıqlarını davam etdirən "Qarabağ" sabah -iyunun 24-də ikinci yoxlama oyununu keçirəcək.

Beşqat Azərbaycan çempionu Bolqarıstanın SSKA klubu ilə qarşılaşacaq. Kössen qəsəbəsində baş tutacaq matç yerli vaxtla saat 18:00-da  (Bakı vaxtıyla 20:00) start götürəcək.

Xatırladaq ki, ilk yoxlama matçında "Qarabağ" Rusiyanın "Axmat" klubuna 0:1 hesabıyla məğlub olmuşdu.



Digər xəbərlər