"Sumqayıt" "Səbail"lə qarşılaşacaq

"Sumqayıt" "Səbail"lə qarşılaşacaq
Futbol
23 İyun 2017 - 09:47
Supersport.Az-ın məlumatına görə, "Sumqayıt" FK 2017/2018 mövsümü üçün hazırlığa start verib.

Komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında mövsümə hazırlıq məqsədi ilə ilk məşqini keçirib.

"Sumqayıt" FK yeni transferlər də daxil olmaqla tam heyətlə hazırlaşıb. Yalnız bərpa prosesi keçən müdafiəçi Vaquf Güləliyev fərdi məşqlərlə kifayətlənib.

Qeyd edək ki, "Sumqayıt" hazırlıq mərhələsi çərçivəsində ilk yoxlama oyununu iyulun 2-də "Səbail"ə qarşı keçirəcək.

Digər xəbərlər