"Axmat"ın baş məşqçisi: "Qarabağ" yaxşı rəqibdir" - Video

"Axmat"ın baş məşqçisi: "Qarabağ" yaxşı rəqibdir" - Video
Futbol, Video
23 İyun 2017 - 00:51
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"la oyundan sonra "Axmat" klubunun baş məşqçisi Oleq Kononov açıqlama verib.

"Əsas odur ki, qələbə qazandıq. Özü də yaxşı rəqibə qalib gəldik. Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasında iştirak edəcək" deyən mütəxəssis komandasından razı qalıb:

"Təbii ki, oyunla bağlı planımız var idi. Təlim-məşq toplanışında çox intensiv məşqlər keçmişdik. Bütün toplanışda iştirak edən futbolçulara daha çox oynamaq şansı yaratdım. Hücuma keçmək və top almaq baxımından bəzi çatışmazlıqlar var. Ümumilikdə isə komandamın məşqlərdəki və yoxlama oyunlarındakı çıxışından razıyam".

Avstriyadakı təlim-məşq toplanışında əvvəlcə "Qəbələ"ni 1:0 hesablı məğlub edən Rusiya təmsilçisi ardından "Qarabağ"a eyni hesabla qalib gəlib.

Qeyd edək ki, daha əvvəl "Terek" adı ilə tanınan komanda Çeçenistanın mərhum prezidenti Axmat Kadırovun şərəfinə "Axmat" adlandırılıb.

Digər xəbərlər