"Qəbələ" Bolqarıstan çempionu qarşısında da aciz qaldı

"Qəbələ" Bolqarıstan çempionu qarşısında da aciz qaldı
Futbol
22 İyun 2017 - 23:00
Supersport.Az-ın məlumatına görə, Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ" bu gün növbəti yoxlama oyununa çıxıb.

Azərbaycan çempionatının ikincisi Bolqarıstanın "Ludoqorets" klubu ilə qüvvələr nisbətinə aydınlıq gətirib.

Baş məşqçi Roman Qriqorçuk görüşdə aşağıdakı start "11-liy"inə şans verib: Dmitri Bezotosnı, Ürfan Abbasov, Vojislav Stankoviç, Vitali Vernidub, İlqar Qurbanov, Elvin Camalov, Qismət Alıyev, Asif Məmmədov, Elvin Məmmədov, Filip Ozobiç, Baqali Dabo.
Oyunun gedişində Desmond Asare Camalovu, Araz Abdullayev Dabonu, Xavyer Ernandes Qonzales Elvin Məmmədovu, Rasim Ramaldanov Abbasovu, Aqil Məmmədov Bezotosnını əvəzləyib. Son 6 mövsümdə Bolqarıstan çempionu titulunu qazanan Razqrad təmsilçisi bu qarşılaşmadan qalib ayrılıb. Hər hissədə 1 qol vuran Bolqarıstan klubu 2:0 hesablı qələbəyə sevinib.

22 iyun

21:00. "Qəbələ" – "Ludoqorets" – 0:2


Qollar: Joao Paulo 37, Codi Lukoki, 73.

Qeyd edəki, "Qəbələ" bunadək yerli "Fulpmes" (8:0), Rusiya "Axmat"ı (0:1), Avstriya "Vakker"i və Bolqarıstan MOİK-i (0:2) ilə qarşılaşıb.

 

 

 

Digər xəbərlər