"Zirə" Türkiyədən qayıdır

"Zirə" Türkiyədən qayıdır
Futbol
22 İyun 2017 - 11:23
Türkiyə toplanışı çərçivəsində 3-cü yoxlama oyununu keçirən "Zirə" Boludakı təlim-məşq toplanışını başa vurub. Ağır keçməyən səhər məşqi oyunsonrası bərpa məqsədi daşıyıb. Yüngül qaçış və isinmə hərəkətlərinin ardından komanda iki qrupa bölünüb.

Yoxlama oyununda çox meydanda olanlar meydanı tərk edib, az forma şansı qazananlar isə toplu çalışmaları davam etdiriblər.

Qeyd edək ki, "Zirə" son yoxlama görüşundə Rumıniya çemponu "Vitorul"a 1:2 hesabıyla məğlub olub.

Digər xəbərlər