Riçard Almeyda "Qarabağ"dan kənarda, Dani Kintana məşqə başladı

Riçard Almeyda "Qarabağ"dan kənarda, Dani Kintana məşqə başladı
Futbol
22 İyun 2017 - 02:07
Supersport.Az-ın məlumatına görə, Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ"a 6 futbolçu qoşulub.

Bosniya və Hersoqovina millisində olan İbrahim Şehiç və yığma komandamızdan Rəşad Sadıqov, Bədavi Hüseynov,  Maksim Medvedev, Rahid Əmirquliyev, Qara Qarayev və Əfran İsmayılov komandamızın təlim-məşq toplanışına qatılıb.

Yığmamızın heyətində yer almış daha bir futbolçu - milliləşdirilən braziliyalı Riçard Almeyda isə yaxın günlərdə Avstriyaya gələrək toplanışda iştirak edəcək.




"Qarabağ" hazırlığın beşinci gününü axşam məşqiylə tamamlayıb. Yerli vaxtla saat 19:00-da (Bakı vaxtıyla 21:00) start götürən məşq təxminən bir saat yarım davam edib. Hazırlıqda ümumi toplu çalışmalara üstünlük verilib. Milli komandalardan gələn futbolçular da məşq prosesinə qoşulub. Dani Kintana isə qaçmaqla kifayətlənib.



Digər xəbərlər