"İnter" qərarını dəyişdi

"İnter" qərarını dəyişdi
Futbol
20 İyun 2017 - 19:22
Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçriləcək "İnter" - "Mladost" qarşılaşmasının keçiriləcəyi stadion dəyişdirilib.

Supersport.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi yenidən “Dalğa Arena” variantına dönüb.

I təsnifat mərhələsindəki qarşılaşmanın ilk olaraq məhz bu arenada keçirilməsi planlaşdırılsa da, sonradan rəhbərlik 8-ci km qəsəbə stadionunu üstün tutmuşdu. Lakin yenidən qərarını dəyişən Azərbaycan komandası Serbiya klubunu "Dalğa Arena"da qəbul etmək qərarına gəliblər.

Qeyd edək ki, "İnter"lə "Mladost" arasında ilk oyun iyunun 29-da Luçanidə, cavab qarşılaşması isə iyulun 6-da Bakıda baş tutacaq.

Digər xəbərlər