"Futbolsuz ürəyimiz partlayır"

"Futbolsuz ürəyimiz partlayır"
Futbol
20 İyun 2017 - 11:03
Supersport.Az-ın məlumatına görə, "Kəpəz"in əsas komandasının üzvü Şəhriyar Əliyev fikirlərini bildirib.

Müdafiəçi, klubun saytına formadan düşməmək üçün fərdi məşqlərə başladığını, yeni mövsümün startını səbrsizliklə gözlədiyini söyləyib:

"Mövsümlərarası fasilə çoxdur deyə futbolsuz lap ürəyimiz partlayır (gülür). Düzdür, istirahət etmək üçün vaxtımız çoxdur, arada uşaqlarla yığışıb futbol oynayırıq. Hardasa 15 gün dincəldim, artıq məşqlərə başlamışam. Hər gün məşq edirəm ki, formada qalım. İstirahət dövrünü passiv keçirsək, sonra əleyhimizə işləyər. Kökəlməyə meylli adamam. Lakin indi arıqlamışam. Futbol üçün də darıxmışam. İdmançı 2-3 gün məşq etməyəndə darıxır, təsəvvür edin indi futbolsuz nə hala düşmüşük. Bizim işimiz budur. Çempionat olanda başımız məşqlərə, oyunlara qarışır. Amma hazırda özümüzə məşğuliyyət tapa bilmirik. Növbəti çempionatı həvəslə gözləyirik".

Digər xəbərlər