"Qəbələ" ilk oyunu evdə keçirəcək

"Qəbələ" ilk oyunu evdə keçirəcək
Futbol
20 İyun 2017 - 10:51
2017/2018 mövsümündə UEFA Avropa Liqasında çıxış edəcək "Qəbələ"nin rəqibi müəyyənləşib.

Ardıcıl 4-cü dəfə turnirdə qüvvəsini sınayacaq Azərbaycan komandası yarışa II təsnifat mərhələsindən başlayacaq. "Qırmızı-qaralar" bu mərhələdə "Jagiellonia Białystok" (Polşa) - "Dinamo Batumi" (Batumi, Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.

Supersport.Az-ın məlumatına görə, Azərbaycan klubu ilk oyununu iyulun 13-də evdə keçirəcək. Cavab görüşü isə iyulun 20-də səfərdə baş tutacaq.

I təsnifat mərhələsinin qarşılaşmaları iyunun 29-da və iyulun 6-da keçiriləcək.

Xatırladaq ki, "qırmızı-qaralar" avrokuboklarda debüt etdiyi 2014/2015 mövsümündə mübarizəni I təsnifat mərhələsində dayandırıb, 2015/2016 və 2016/2017 mövsümlərində 4 mərhələ adlayaraq qrupda çıxış edib.

Digər xəbərlər