Rəşad Sadıqov: "Gürcüstan çempionuyla qarşılaşmaq istəməzdim"

Rəşad Sadıqov: "Gürcüstan çempionuyla qarşılaşmaq istəməzdim"
Maqazin, Futbol
19 İyun 2017 - 23:04
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubuyla qarşılaşacaq "Qarabağ"ın  kapitanı Rəşad Sadıqov püşk haqda açıqlama verib.

Təcrübəli futbolçu, klubun rəsmi saytına belə deyib:

"Çempionlar Liqasında hər ölkənin çempionları mübarizə aparır. 4-5 ölkə var idi ki, onların çempionlarıyla oynamaq istəməzdim, bunlardan biri də Gürcüstan idi. Çünki Gürcüstan futbolu həmişə özünəməxsusluğuyla seçilib. Rəqibimiz də ötən mövsüm çempion olub. Komandanı yaxşı təhlil edib daha yaxından tanımağa çalışacağıq. Şansları bərabəri dəyərləndirirəm. Cavab oyunun səfərdə olması isə rəqib üçün üstünlükdür. "Samtredia"nın daha bir üstünlüyü odur ki, Gürcüstanda hazırda çempionat davam edir. Bizim komanda isə istirahətdən gəlir və bir çox futbolçumuzun oyuna qədər optimal forma yığması çox çətin olacaq,  vaxtımız da azdır. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik. İnşAllah oyuna yaxşı hazırlaşıb lazım olan nəticəni qazanmağa çalışacağıq".

Digər xəbərlər