"Neftçi" hazırlıq planını açıqladı

"Neftçi" hazırlıq planını açıqladı
Futbol
19 İyun 2017 - 19:29


"Neftçi”nin hazırlıq planı müəyyənləşib.

Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, iyunun 26-da Bakıda təlim-məşq toplanışına başlayacaq komanda iyulun 24-də ölkə xaricinə çıxacaq.

Hazırlıq prosesi avqustun 3-dək Avstriyanın Kirxdorf bölgəsində təşkil olunacaq. Toplanış çərçivəsində ilk yoxlama oyunu iyulun 26-da Bakı vaxtı ilə saat 20:00-da Almaniyanın "Şalke” klubuna qarşı olacaq. Digər yoxlama görüşləri iyulun 30-da və avqustun 2/3-də keçiriləcək.

Digər xəbərlər