"Samtredia" - "Qarabağ" matçı 55 min nəfərlik stadionda

"Samtredia" - "Qarabağ" matçı 55 min nəfərlik stadionda
Futbol
19 İyun 2017 - 18:51


Ağdamın "Qarabağ" klubunun Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Samtredia” komandası ilə keçirəcəyi cavab qarşılaşmasının stadionu müəyyənləşib.

Supersport.Az xəbər verir ki, sözügedən qarşılaşma paytaxt Tiflisdəki 55 min yerlik Boris Payçadze adına "Dinamo-Arena"da baş tutacaq. Hələlik oyunun tarixi dəqiqləşməyib.

2-ci təsnifat mərhələsinin ilk oyunu 11 - 12 iyulda Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda, cavab görüşü 18-19 iyulda baş tutacaq.

Digər xəbərlər