"Qarabağ"ın rəqibi Gürcüstan çempionu oldu

"Qarabağ"ın rəqibi Gürcüstan çempionu oldu
Futbol
19 İyun 2017 - 14:29
Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünün I və II təsnifat mərhələsinin  püşkatması keçirilib.

Supersport.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə  Azərbaycan çempionu “Qarabağ”ın rəqibi də bilinib. Püşkün nəticəsinə görə, komandamız Gürcüstan çempionu "Samtredia" ilə qarşılaşacaq. İlk oyun Bakıda, cavab görüşü Gürcüstanda olacaq.

I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12, cavab matları isə iyulun 18-19-da keçiriləcək.

Matçın dəqiq vaxtı yaxın saatlarda açıqlanacaq.

Digər xəbərlər