Ayaz Mütəllibov: "Fuad Musayev vətənpərvər olaraq Azərbaycanı həmişə müdafiə edib" - Video

Ayaz Mütəllibov: "Fuad Musayev vətənpərvər olaraq Azərbaycanı həmişə müdafiə edib" - Video
Futbol, Eksklüziv, Video
18 İyun 2017 - 22:24
Supersport.Az Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun AFFA-nın birinci prezidenti Fuad Musayev haqda fikirlərini videogörüntüyə alıb.

A.Mütəllibov bildirib ki, F.Musayev vətənpərvər və zəhmətkeş insan olub.

"Fuad Musayevlə bağlı çox sayda xoş xatirələrim var. O, müsbət, zəhmətkeş insan idi. Fuad Musayev vətənpərvər olaraq Azərbaycanı həmişə müdafiə edib. Onunla yaxın olmaq, dostluq etmək şəxsən mənim üçün böyük şərəf idi. Biz 1949-cu ildən – uşaqlıqdan tanış idik. Allah ona rəhmət eləsin" – deyə, Mütəllibov vurğulayıb.


 

 

 

Digər xəbərlər