Fuad Musayev dəfn olundu - Foto

Fuad Musayev dəfn olundu - Foto
Futbol
18 İyun 2017 - 17:53






 



Supersport.Az-ın məlumatına görə, bu gün AFFA-nın sabiq prezidenti Fuad Musayevlə vida mərasimi keçirilib.

"Təzə Pir" məscidində baş tutan mərasimdə Azərbaycan Respublikasının ilk prezidenti Ayaz Mütəllibov, Milli Məclisin deputatları Arif Rəhimzadə, Vahid Əhmədov, AFFA-nın keçmiş baş katibi Çingiz İsmayılov, Səbail rayon icra başçısı Eldar Əzizov, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, baş katib Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev, "Neftçi"nin Müşahidə Şurasının sabiq üzvü Bəhram Bağırzadə, futbol veteranlarından Ağasəlim Mircavadov, Əsgər Abdullayev, milli komandamızın sabiq hücumçusu Vaqif Cavadov və s. iştirak ediblər.

Cənazə namazı qılınandan sonra dəfn olunmaq üçün Yasamal qəbiristanlığına aparılan Fuad Musayev, atası Ənvər Musayevin yanında dəfn edilib. AFFA rəhbərliyi isə qəbirstanlığa getməyib.

Xatırladaq ki, Fuad Musayev Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Nazirlər Kabineti sədrinin müavini olub. Fuad Musayev 1983-dən 1988-ci ilə qədər Bakı Şəhər Partiya Komitəsinin birinci katibi, sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin iqtisadiyyat və tikinti üzrə katibi vəzifələrində işləyib.

Azərbaycanın müstəqilliyi illərində Fuad Musayev AFFA-ya prezidenti seçilib və uzun müddət - 1992-ci ilin martından 2003-cü ilin dekabrınadək quruma rəhbərlik edib.

Digər xəbərlər