Zaur Svanadze: "Bu, ən yaxşı oyunumuz oldu"

Zaur Svanadze: "Bu, ən yaxşı oyunumuz oldu"
Futbol
18 İyun 2017 - 00:59
Supersport.Az-ın məlumatına görə, "Viitorul Constanța"ya qalib gələn "İnter"in baş məşqçisi Zaur Svanadze fikirlərini bildirib.

"Bu oyun Avropa Liqası matçları ərəfəsində mühüm sınaq görüşü oldu. Yaxşı komanda ilə qarşılaşdıq, futbolçularımız özlərini yaxşı tərəfdən göstərdilər. Baxımlı futbol sərgilədik, qol vəziyyətləri yaratdıq. Demək olar ki, toplanışda ən yaxşı oyunlarımızdan birini keçirdik. Oyundan razı qaldım, uşaqlar taktiki tapşırıqları yerinə yetirdilər. Toplanış məhsuldar keçdi. Birinci və ikinci oyunları yükləmələr fonunda keçirdik.Uşaqlar məşqlərdə vicdanla hazırlaşdılar. Toplanış barədə ümumi qiymət müsbətdir. Yaratdığı şəraitə görə klub rəhbərliyinə təşəkkürümü bildirirəm. Bundan sonra Avroliqa oyunlarınadək hazırlığımızı Bakıda davam etdirəcəyik".

Digər xəbərlər