"Neftçi" Bundesliqa təmsilçisiylə qarşılaşacaq

"Neftçi" Bundesliqa təmsilçisiylə qarşılaşacaq
Futbol
18 İyun 2017 - 00:16
Avstriyada təlim-məşq toplanışı keçəcək "Neftçi"nin yoxlama oyunlarındakı rəqiblərindən biri müəyyənləşib.

Supersport.Az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Paytaxt klubu Bundesliqa təmsilçisi "Şalke" ilə qarşılaşacaq. Görüş iyulun 26-da keçiriləcək.

Qeyd edək ki, "Şalke" ötən mövsüm bundesliqanı 10-cu pillədə başa vurub.

Digər xəbərlər