Futbolda inqilabi qərarlar olacaq: oyunlar 60 dəqiqə...

Futbolda inqilabi qərarlar olacaq: oyunlar 60 dəqiqə...
Futbol
17 İyun 2017 - 22:23
Supersport.Az-ın məlumatına görə, futbolda inqilabi qərarlar verilə bilər.

Beynəlxalq Futbol Birliyi Assosiasiyası (IFAB) qarşılaşmaların müddətinin 90-dan 60 dəqiqəyə azaldılmasını istəyir.

Bu haqda ABŞ-ın "Times"a açıqlama verən IFAB direktoru Devid Elleri futbol qaydalarında bəzi dəyişikliklər ediləcəyini bildirib.

Yeni qərarlar belə ola bilər:

- Oyunun 60 dəqiqəyə endirilməsi;

- Künc və cərimə zərbəsi yerinə yetirən oyunçuların ötürmə etmədən birbaşa oyuna daxil etməsi;

- Oyunun 60 dəqiqəyə endirilməsindən sonra, topun meydançadan və oyundan kənarda olduğu hər dəqiqənin həmin o 60 dəqiqənin üzərinə əlavə edilməsi;

- Qapıçıya geri ötürülən topu qapıçının əlinə götürməsi halında birbaşa penalti qərarının verilməsi;


- Penalti vurulan zaman bir oyunçunun cərimə meydançası daxilinə daxil olması halında penaltiyə gərək qalmadan birbaşa qol verilməsi;


- Oyun zamanı futbolçular hakimlərə qarşı nalayiq hərəkətlər edərsə, onlara qarşı hörmətsizlik edərsə, o zaman həmin komandanın aktivindən xalların silinməsi;


 - Penalti vuruşu zamanı rəqib penaltidən istifadə edə bilməzsə, o zaman topun qapıdan zərbə ilə oyuna daxil edilməsi.

Digər xəbərlər