"Qəbələ"yə iki rəqib

"Qəbələ"yə iki rəqib
Futbol
17 İyun 2017 - 15:22
Supersport.Az-ın məlumatına görə, Avstriyada təlim-məşq toplanışında olan "Qəbələ"nin daha iki rəqibi məlum olub.

Məşqlərini Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində gerçəkləşdirən "qırmızı-qaralar" gündə iki dəfə məşq keçir.

Komanda günün ilk yarısında fitness - zalda fiziki hazırlıq üzrə çalışmalara üstünlük verir. İkinci məşq isə meydançada toplu çalışmalardan ibarət olur. Artıq milli komandanın düşərgəsindən qayıdan futbolçular da komanda çalışmalarında iştirak edir. Cavid Hüseynov, Elvin Məmmədov, Ürfan Abbasov və Araz Abdullayevlə yanaşı, komandamızın yeni legioneri ispaniyalı Xavyer Ernandes Qonzales də məşqlərə qatılıb. Yerli "Fulpmes" (8:0) və Rusiya "Axmat"ı (0:1) ilə qarşılaşmalarda forma geyinə bilməyən oyunçular "qırmızı-qaralar"la yeni mövsüm üçün ilk məşqlərini keçiriblər.

Sabah "Qəbələ" Avstriyanın "Vakker" və Bolqarıstanın MOİK klubları ilə birlikdə "Stubay Cup"da yarışacaq. Bakı vaxtı ilə saat 18:00-da başlayacaq qarşılaşmalarda klublar bir-biri ilə bir hissədən ibarət matçlarda üz-üzə gələcək.

 

Digər xəbərlər