"Qarabağ" Avstriyada məşqə başlayır

"Qarabağ" Avstriyada məşqə başlayır
Futbol
17 İyun 2017 - 00:16
Supersport.Az-ın məlumatına görə, Bakı-İstanbul-Zalsburq reysi ilə ölkəni tərk edən "Qarabağ" Avstriyaya çatıb.

Daha sonra isə heyət adıçəkilən ölkənin dördüncü böyük şəhərindən avtobusla təlim-məşq toplanışı keçirəcəyi Kössen qəsəbəsinə yollanıb. Təxminən yarım saatlıq yolçuluqdan sonra komanda Alp dağlarının yamacında məskunlaşacağı otelə çatıb. Axşam yeməyindən sonra isə futbolçular istirahətə çəkilib.

Bugündən "Qarabağ" məşqlərə start verəcək.

Digər xəbərlər