"Qarabağ" Avstriyaya getdi

"Qarabağ" Avstriyaya getdi
Futbol
16 İyun 2017 - 14:37
Supersport.Az-ın məlumatına görə, "Qarabağ" bugündən 2017/18-ci il mövsümün hazırlıqlarının ikinci mərhələsinə start verir.

Komandanın heyəti günorta saatlarında Bakı-İstanbul- Zalsburq reysi ilə Avstriyaya yola düşüb.

Milli komandaların heyətlərində olan futbolçular iyunun 20-də "Qarabağ"a qoşulacaq.

Yerli vaxtla komandanın saat 18:00-da Zalsburqa çatacağı gözlənilir. Komanda ötən illərdə olduğu kimi Almaniya – Avstriya sərhədində yerləşən Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşacaq.

Digər xəbərlər