"Qəbələ" Rusiya klubuna məğlub oldu

"Qəbələ" Rusiya klubuna məğlub oldu
Futbol
15 İyun 2017 - 21:47
Supersport.Az-ın məlumatına görə, Avstriyada hazırlıq keçən "Qəbələ"bu gün Rusiyanın "Axmat" komandasıyla yoxlama oyunu keçirib. Azərbaycan klubu məğlub olub.

20:00 "Axmat" - "Qəbələ" 1-0 

Qol: Zaur Sadayev 51

Bu qarşılaşma Roman Qriqorçukun yetirmələrinin mövsümlərarası dövrdə ikinci sınağı olub. Komanda ilk matçında yerli “Fulpmes”ə 8:0 hesabı ilə qalib gəlmişdi. “Qırmızı-qaralar”ın bugünkü rəqibi “Axmat” uzun illər “Terek” adı ilə çıxış edən Qroznı təmsilçisi olub. Çeçenistan klubu 2016/17 mövsümündə Rusiya Premyer Liqasında 5-ci yeri tutub. Bu nəticə 1958-ci ildə yaradılan klubun tarixində çempionatlarda əldə etdiyi ən yüksək göstəricidir. “Terek” həm də 2003/04 mövsümündə Rusiya kubokunun qalibi olub. Məhz həmin uğur qroznılıların avrokuboklarda debütünə imkan verib ki, 2004/05 mövsümü klubun tarixində qitəmiqyaslı turnirlərdə yeganə çıxış olub.

Digər xəbərlər