Azərbaycanlı referi birinci kateqoriyaya düşə bilmədi

Azərbaycanlı referi birinci kateqoriyaya düşə bilmədi
Futbol
14 İyun 2017 - 22:53
Supersport.Az-ın məlumatına görə, UEFA birinci kateqoriyaya yeni qoşulan hakimlərin adlarını açıqlayıb.

Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin də hansı sırada yer aldığı məlum olub. Gənc referimizin I kateqoriyaya düşəcəyi gözlənilsə də, bu, baş verməyib. UEFA onu II kateqoriyada saxlayıb.

Digər beynəlxalq dərəcəli hakimlərimiz Rəhim Həsənov və Ömər Paşayev isə III kateqoriyada qərarlaşıblar.

Birinci kateqoriyaya vəsiqə qazanan hakimlər bunlardır: Karlos Del Qerro Qrande (İspaniya), Oriel Qrinfeld (İsrail), Andreis Treimanis (Litva), Daniel Stefanski (Polşa).

Digər xəbərlər