Türkiyədə Azərbaycan dueli: "Qartallar" "bankirlər"i məğlub etdi

Türkiyədə Azərbaycan dueli: "Qartallar" "bankirlər"i məğlub etdi
Futbol
13 İyun 2017 - 22:18
Supersport.Az-ın məlumatına görə, Türkiyədə təlim-məşq toplanışında olan "İnter" və "Zirə" klubları bu gün Boluda hazırlıq çərçivəsində yoxlama oyunu keçiriblər.

Zirə klubunun baş məşqçisi Ayxan Abbasov start heyətində Kamal Bayramov, Yovan Krneta, Adil Nağiyev, Jozef Boum II, Təmkin Xəlilzadə, Nicat Qurbanov, Milan Duriç, Vüqar Mustafayev, Rəşad Sadiqov, Orxan Əliyev və Riçard Qadzeyə yer verib.

Qarşılaşmanın ikinci hissəsində isə Abdulla Seydəhmədov, Sadiq Quliyev, Aleksandr Şemonayev, Viktor İqbekoyi, İlkin Muradov, Sahil Cəfərov, Muşfiq İlyasov, Vüsal İsgəndərli, Elgün Nəbiyev, Murad Səttarlı və Elçin Əliyev meydana çıxdı. Yalnız tam hazır olmayan David Manqa və millinin heyətində olduğu üçün komandaya bu gün qoşulan Anar Nəzirov oyunda iştirak etməyib.


"İnter" isə oyuna Səlahət Ağayev, Adrian Skarlatake, Denis Silva, İlkin Qırtımov, Slavik Alxasov, Fuad Bayramov, Elnur Abdullayev, Nizami Hacıyev, Samir Zərgərov, Pərdis Fərcad-Azad və Rauf Əliyevdən ibarət heyətlə çıxıb.
Qarşılaşmanın taleyi əsas heyətlərin üz-üzə gəldiyi ilk yarıda həll olunub. "Zirə" "İnter"ə 2-0 hesabıyla qalib gəlib.
Əvvəlcə Milan Duriç fərləndi. Bu qolda topu rəqib qapıçıdan alan Orxan Əliyevin əməyi böyük olub. Ardından isə Rəşad Sadiqovun başladığı hücumu Nicat Qurbanov davam edib. Onun qapı qarşısına ötürməsindən sonra isə Orxan Əliyev başla baxımlı qola imza atıb.


"İnter"i məlub edən "Zirə", iyunun 17-də keçiriləcək ikinci yoxlama oyununda Kamerunun "Columbe Sportive" klubu ilə üz-üzə gələcək.

 

Digər xəbərlər