Volkan Dəmirəl Azərbaycana "yox" dedi

Volkan Dəmirəl Azərbaycana "yox" dedi
Futbol
13 İyun 2017 - 20:00
Supersport.Az-ın məlumatına görə, "Fənərbağça"nın qapıçısı Volkat Dəmirəl Azərbaycan klublarının birinin maraq dairəsindədir.

Bu barədə açıqlama verən 35 yaşlı qolkiperin meneceri Ərdinç Şəhid bildirib ki, Azərbaycan da daxil olmaqla, 3 ölkədən təklif alıblar:

"Azərbaycan, İtaliya və ABŞ-dan təkliflər var. Amma "Fənərbağça”dan başqa komanda istəmirik. Transfer pəncərəsi açıldıqdan sonra danışıqlar aparacağıq. Mövsüm başa çatan kimi İtaliyadan təklif alsaq da, razılıq vermədim" ("Bein Sports").

Digər xəbərlər