"Qarabağ" "Bakı"nı sınağa çəkəcək

"Qarabağ" "Bakı"nı sınağa çəkəcək
Futbol
13 İyun 2017 - 19:07
Supersport.Az-ın məlumatına görə, növbəti mövsümə hazırlığı davam etdirən "Qarabağ" "Bakı" ilə yoxlama oyunu keçirəcək.

Beşqat ölkə çempionu klubun bazasında gündə bir dəfə olmaqla məşq edir.

U-21 millimizin heyətində təlim-məşq toplanışında olan 3 futbolçu - Mahir Mədətov, Elgün Uluxanov və Eltun Turabov da artıq komandaya qoşulub.

"Qarabağ" yoxlama oyununda sabah Qəhrəman Əliyevin başçılıq etdiyi "Bakı"nı sınağa çəkəcək. "Azərsun Arena"da keçiriləcək matç saat 17:30-da start götürəcək.

Digər xəbərlər