Buffon karyerasını bitirəcəyi vaxtı açıqladı

Buffon karyerasını bitirəcəyi vaxtı açıqladı
Futbol
12 İyun 2017 - 22:40
Supersport.Az-ın məlumatına görə, "Yuventus"un və İtaliya yığmasının qolkiperi Canluici Buffon karyerasını başa vuracağını bəyan edib.

"Rusiyada Dünya Kubokunda karyeranı bitirmək? Bəli, 99,9 faiz futboldan ayrılacağam. Məni qarşıda gərgin və mühüm oyunlar gözləyir. Bundan sonra "daha bəsdir", demək olar.

"Yuventus"un prezidenti Andrea Anyelli ilə bir qapını açıq qoymuşuq: klub Çempionlar Kubokunu qazansa, daha bir mövsüm komandada qalacağam. Klubların dünya çempionatı və digər yarışların qalibi olmağa çalışacağam".

Qeyd edək ki, 39 yaşlı Buffon 16 ildir "Yuventus"da çıxış edir.

Digər xəbərlər