"Qəbələ" 8:0-la başladı

"Qəbələ" 8:0-la başladı
Futbol
12 İyun 2017 - 22:27
Supersport.Az-ın məlumatına görə, Avstriyada ilk yoxlama oyununu "Qəbələ" bu gün yerli "Fulpmes"ə qarşı keçirib.

Azərbaycan klubu rəqibini darmadağın edib.

"Qırmızı-qaralar" qarşılaşmaya aşağıdakı "11-lik"lə başlayıb:

Dmitri Bezotosnı, İlqar Qurbanov, Tellur Mütəllimov, Vitali Vernidub, Vojislav Stankoviç, Elvin Camalov, Qismət Alıyev, Filip Ozobiç, Roman Hüseynov, Asif Məmmədov, Baqali Dabo.


"Qəbələ"nin aşkar üstünlüyü ilə keçən qarşılaşmanın ilk 45 dəqiqəsində 4 qol vurulub. Dabo, Mütəllimov, Qurbanov və Ozobiç meydan sahiblərini oyuna mərkəzdən başlamağa məcbur edib. Baş məşqçi Roman Qriqorçuk ikinci hissədə Aqil Məmmədov, Yusif Nəbiyev, Rasim Ramaldanov, Sahil Mirzəyev, Fərid Nəbiyev, Ülvi İbazadə və Hacıağa Hacılıya da şans verib. Matçın ikinci yarısında "qırmızı-qaralar" üstünlüyünü daha da artıraraq daha 4 qol vurub. Öncə Camalov fərqlənib, ardınca Alıyev penaltidən dəqiq olub. Meydana fasilədən sonra daxil olan İbazadə isə dubla imza atıb.


Beləliklə, Avstriya toplanışında ilk oyununda "Fulpmes"i sınağa çəkən "Qəbələ" böyükhesablı qələbə qazanıb – 8:0.

20:00 "Fulpmes" - "Qəbələ" 0-8

Qollar: Baqali Dabo, Tellur Mütəllimov, İlqar Qurbanov, Filip Ozobiç, Elvin Camalov, Qismət Alıyev, Ülvi İbazadə (2)

 

 

Digər xəbərlər