"Qarabağ"da ulduzlu loqo - Foto

"Qarabağ"da ulduzlu loqo - Foto
Futbol, Foto
12 İyun 2017 - 18:18


"Qarabağ" klubu formalarınınn üzərinə ulduzun əlavə edilməsi ilə bağlı bəyanat yayıb.

Supersport.Az həmin bəyanatı təqdim edir:

"Məlum olduğu kimi, "Qarabağ" Futbol Klubu ölkə çempionatlarında ardıcıl dördüncü dəfə çempion olmaqla ümumilikdə bu sayı beşə çatdırıb.

Bir çox dünya və Avropa klublarında adətən 5 çempionluq bir ulduzla qeyd olunur. "Qarabağ" FK bu praktikadan yararlanaraq loqomuz üzərinə 1 ulduz əlavəsi yönündə fəaliyyətə keçib.

Klubumuzun loqosunda digər bir dəyişiklik isə "FK Qarabagh" ifadəsinin "Qarabağ FK"yla əvəzlənməsidir.

Klubumuz bu dəyişikliklərlə bağlı artıq Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patentləşdirmə Komitəsinə də müraciət etmişdir".

 

 

Digər xəbərlər