"Qarabağ"ın keçmiş futbolçusu İsveç millisində

"Qarabağ"ın keçmiş futbolçusu İsveç millisində
Futbol
12 İyun 2017 - 15:47


Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın sabiq hücumçusu Samuel Armenteros İsveç milli komandasına dəvət alıb.

Komandanın baş məşqçisi Yann Andersson 27 yaşlı futbolçunu iyunun 13-də baş tutacaq Norveçlə yoldaşlıq görüşünə çağırıb. Armenteros Oslodakı "Ullevaal" stadionunda keçiriləcək qarşılaşmada meydana çıxsa, əsas millidə debüt edəcək.

Əsas milliyə ilk dəfə dəvət alan "Herakles"in hücumçusu fikirlərini bildirib:

"Bu şansa görə minnətdaram. Yığma komandaya dəvət almaq şərəfdir. Hər zaman ən yaxşısını etmək üçün çalışmışam. Özümü sübut etmək istəyirəm".

Qeyd edək ki, Samuel Armenteros "Qarabağ"da 2015/16 mövsümündə çıxış edib və 23 oyuna 7 qol vurub. Armenteros bu mösüm Hollandiya Eredviziyasında 19 qol vurub.

Digər xəbərlər