"Neftçi" 5-ci oldu

"Neftçi" 5-ci oldu
Futbol
12 İyun 2017 - 11:39
“Neftçi” futbol klubunun U-14 komandası Rusiyanın Mahaçqala şəhərində keçirilən “Caspian Cup” beynəlxalq turnirində beşinci yeri tutub.

Supersport.Az xəbər verir ki, qrupda Tbilisi "Dinamo”su (1:5), Vladiqafqaz "Yunost”u (2:3) və Mahaçqala "Anji”si (0:5) ilə qarşılaşan “Neftçi” 5-8-ci yerlər uğrunda oyunlarda Qroznı "Ramzan”ına (1:0) və Vladiqafqaz "Yunost”una (1:0) qalib gəlib.

“Neftçi”nin turnirdə vurduğu 5 qoldan 3-nə Gülağa Əsədov, hərəyə birinə isə Mirəli Əhmədov və Yaşar Əhmədov imza atıblar.

Turnir daha iki əlamətdar hadisə ilə yadda qalıb. Yarışın ən yaxşı futbolçusuna “Neftçi”nin əfsanəvi hücumçusu Anatoli Banişevskinin adını daşıyan mükafat təqdim olunub. Bu şərəfə Tbilisi "Dinamo”sunun üzvü Georgi Abuaşvili layiq görülüb. "Neftçi”nin futbolçusu Mirəli Əhmədov isə turnirin ən yaxşı müdafiəçisi seçilib. M.Əhmədov Aleksandr Çivadzenin adını daşıyan mükafata sahib çıxıb.

Digər xəbərlər