"Barselona" forması geyənlərə 15 il həbs cəzası

"Barselona" forması geyənlərə 15 il həbs cəzası
Futbol
11 İyun 2017 - 16:22


Supersport.Az-ın məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərində "Barselona" formasını geyənlərə və gəzdirənlərə 15 il həbs cəzası veriləcək.

BƏƏ klubun formasında Qətər Hava Yolları sözünün olmasını əsas gətirərək, formanı geyinənlərə 15 ilə qədər həbs cəzası verilə biləcəyini açıqlayıb.

İtaliyanın "Respublika" qəzeti isə "Barselona" formasının qadağan olunmasının Qətər ilə diplomatik münasibətlərini kəsən digər 10 ölkəyə də yayıla biləcəyini yazıb. Bundan başqa, həbs cəzasının 110 min funt-sterlinqə çevrilməsi mümkünlüyü də iddia edilir.

 

Digər xəbərlər