Robert Prosineçki hirsləndi, stəkanı qırdı - Video

Robert Prosineçki hirsləndi, stəkanı qırdı - Video
Futbol, Video
11 İyun 2017 - 14:52


Supersport.Az-ın məlumatına görə, dünya çempionatının seçmə mərhələsinin qrup oyununda Şimali İrlandiyaya məğlubiyyətin ardından Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki əsəblərini cilovlaya bilməyib. Xorvat mütəxəssis, ayrılacağı ilə bağlı suala cavab verərkən stəkanı qırıb (12 dəq.39 san).

Prosineçkinin Türkiyənin "Bursaspor" klubuna keçəcəyi haqda məlumat yayılıb.

Baş məşqçi, futbolçuların oyunundan razı, nəticədən narazı qaldığını bildirib:

"Futbolda bəzən qələbəyə layiq olduğun halda, məğlub olursan. 3-4 qol vəziyyətini boşa verdik, bir səhvə görə uduzduq".


 

Digər xəbərlər