"Qəbələ"yə ilk rəqib "Fulpmes"

"Qəbələ"yə ilk rəqib "Fulpmes"
Futbol
11 İyun 2017 - 12:25
"Qəbələ" 2017/18 mövsümünün hazırlıqlarını davam etdirir.

İyunun 7-dən Avstriyada olan “qırmızı-qaralar” məşqlərini Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində gerçəkləşdirir.

Supersport.Az-ın məlumatına görə, Roman Qriqorçukun baş məşqçisi olduğu komanda gündə iki hazırlıq keçir. Günün ilk yarısında fitness - zalda fiziki hazırlıq üzrə çalışmalara üstünlük verilir. İkinci məşq isə meydançada toplu çalışmalardan ibarət olur. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının toplanışından dönən Qismət Alıyev və Yusif Nəbiyev də artıq "qırmızı-qaralar"ın məşqlərinə qoşulub. DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə qarşılaşan əsas yığmanın düşərgəsində olan futbolçular isə komandanın hazırlıqlarına iyunun 15-də qatılacaq.

Qeyd edək ki, "Qəbələ" Avstriyada ilk yoxlama oyununu iyunun 12-də yerli "Fulpmes"ə qarşı keçirəcək.

Digər xəbərlər